İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlar başlayır – ABŞ və Rusiya nümayəndələri görüşəcək

Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı yüksək səviyyəli danışıqların yaxın günlərdə başlayacağı gözlənilir.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, görüşdə ABŞ və Rusiya nümayəndə heyətləri iştirak edəcək.

ABŞ konqresmeni Maykl Makkolun sözlərinə görə, Vaşinqton danışıqlara ABŞ Dövlət Katibi Marko Rubio, Milli Təhlükəsizlik üzrə Müşavir Maykl Uolts və xüsusi nümayəndə Vitkoffu göndərəcək.

Makkol əlavə edib ki, Ər-Riyaddakı bu danışıqların əsas məqsədi ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə genişmiqyaslı sammit təşkil etməkdir.

Bu görüş Qərb və Rusiya arasında Ukrayna məsələsində diplomatik həll yollarının araşdırılması baxımından mühüm addım hesab olunur. Hazırda beynəlxalq ictimaiyyət bu danışıqların sülh perspektivlərinə necə təsir edəcəyini diqqətlə izləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR