İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib

Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.


***

Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.

Iclasda Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi və cari məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

Ramil Həsən vəzifəsinin icrasına bu gün başlayıb.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR