Onlayn ictimai-siyasi qəzet
Ötən gün 25 il Prezident Administrasiyasının rəhbəri olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin həbsi xəbəri ölkədə ciddi rezonans doğurub. Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib, barəsində cinayət işi açılıb. O, hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma) maddələri ilə ittiham olunur.
Bəs vətəndaşlarımız Ramiz Mehdiyevin həbsi xəbərini necə qarşıladı?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ