Onlayn ictimai-siyasi qəzet
Məşhur Hip-Hop tənqidçisi və aparıcı Samir Ramazanovun toyu olub.
Musavat.com xəbər verir ki, paytaxtın ən dəbdəbəli məkanlarından birində keçirilən toy mərasimi yerli şou-biznes nümayəndələrinin, media simalarının və yaxın dostların iştirakı ilə gerçəkləşib. Gecə boyunca həm musiqi, həm də əyləncə dolu anlar yaşanıb.
Məclisdə ən çox diqqət çəkən məqamlardan biri isə Murad Ariflə olan coşğulu anlar olub. Tanınmış aparıcı və musiqiçi dostu Samir Ramazanovu bu xüsusi günündə tək buraxmayıb, səhnəyə çıxaraq mahnılar ifa edib.
Gecənin ən yadda qalan hissəsi isə Murad Arifin canlı performansı olub. Onun enerjili çıxışı, hit mahnılarının bir-birini əvəz etməsi məclisdə əsl coşğu atmosferi yaradıb.
Könül
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ