Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanında 6 iranlı zəvvar ölüb.
Musavat.com "Azad Iran"a istinadən xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin Həcc və Ziyarət Təşkilatının Tibb Mərkəzinin rəhbəri Seyid Əli Mərəşi bildirib.
Mərəşinin sözlərinə görə, həmin şəxslərdən üçü xəstəxanada, ikisi hoteldə, biri isə ziyarət zamanı dünyasını dəyişib.
O, Həcc səfəri zamanı zəvvarların səhhəti ilə bağlı bildirib ki, hazırda 26 iranlı müxtəlif sağlamlıq səbəblərindən xəstəxanaya yerləşdirilib.
Musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ