Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə diplomatik missiyanın “X”də paylaşılan bəyanatında deyilir.
Qeyd edilib ki, Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi İsrail ilə Livanın “Hizbullah” hərəkatı arasında gərginliyin artması fonunda krallıq vətəndaşlarını Livanı tərk etməyə çağırıb:
“Səudiyyə Ərəbistanının Livan Respublikasındakı səfirliyi Cənubi Livanda baş verən hadisələri yaxından izləyir və bütün vətəndaşları Livana səyahət qadağasına hörmətlə yanaşmağa çağırır. Bundan başqa, oradakı vətəndaşları dərhal Livan ərazisini tərk etməyə səsləyir."
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ