İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı Rusiyanı OPEC+ ilə yeni sazişə daxil etmək istəyir

Səudiyyə Ərəbistanı Krallığı Rusiyanın da daxil olduğu OPEC+ ilə saziş imzalamağa ümid edir.

“Report” xəbər verir ki, bunu Krallığın enerji naziri Əbdül Əziz bin Salman “Financial Times”a müsahibəsində deyib.

Nazir qeyd edib ki, bazarda qeyri-müəyyənlik fonunda yeni sazişin təfərrüatları barədə danışmaq hələ tezdir, lakin OPEC+ tələb olarsa hasilatı artıracaq.

Əbdül Əziz bin Salman yanacağın qiymətinin qalxmasını qlobal neft emalı potensialının olmaması ilə əlaqələndirib:

“Bazarda müəyyənedici amil neft emalı zavodlarının gücüdür... Ən azı son üç il ərzində bütün dünya 4 milyon barel neft emalı gücünü itirib, onlardan 2,7 milyonu yalnız koronavirus pandemiyasının başlanğıcından bəridir”.

O qeyd edib ki, siyasət OPEC+-ın işinə mane olmamalıdır, lakin hasilat və neft emalı sahəsində problemlərin aradan qaldırılması üçün hökumətlər sənayeni karbohidrogenlərə investisiya qoymağa təşviq etməlidirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR