Onlayn ictimai-siyasi qəzet
"Akvarium" rok qrupunu rəhbəri Boris Qrebenşikovun Nitsadakı konserti ləğv edilib.
Musavat.com axşam.az-a istinadən bildirir ki, bu barədə tədbirin təşkilatçıları konsertin başlamasına bir neçə saat qalmış məlumat yayıblar.
Buna səbəb isə 70 yaşlı sənətçinin səhhətində yaranan problem olub.Onun pərəstişkarları ifaçının infarkt keçirdiyini və xəstəxanaya yerləşdirildiyini bildiriblər. Musiqiçinin nümayəndələri isə hələlik bununla bağlı açıqlama verməyiblər.
Qeyd edək ki, Boris Qrebenşikov Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ