İnsanlara hürriyət, millətlərə istiqlal!

Baqrat yenidən ortaya çıxdı: İrəvan QARIŞACAQ - ANONS EDİLDİ

"Biz mübarizəmizin aktiv dövrünü bərpa edirik. Oktyabrın 2-də saat 18:30-da Respublika meydanına toplaşacağıq".

Musavat.com xəbər verir ki, bunu “Vətən üçün Tavuş” hərəkatının "lideri", keşiş Baqrat Qalstanyan deyib.

O, "hərəkat"ın bu gün keçirilən toplantısında bildirib ki, Ermənistanda ölkənin milli və dövlət maraqları mövqeyindən çıxış edəcək legitim hökumət olmalıdır: "Biz ləyaqətli yeni bir hökumət qurmalıyıq və hər şeyə qadir olmalıyıq. Bu hakimiyyətin cəmiyyət daxilində yaratdığı dövlət və cəmiyyətin müqavimətini məhv edən ayırıcı xətlər aradan qaldırılmalıdır. Biz milli həmrəyliyimizi bərpa edə bilərik. Mən sizin hamınızı buna çağırıram." -, deyə erməni keşiş bildirib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR