İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Səudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir.

Musavat.com Səudiyyə Ərəbistanı Xəbər Agentliyinə istinadla xəbər ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayır ki, Krallıq Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu bildirir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmətlə yanaşmağa çağırır və günahkarların cəzalandırılmasını tələb edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR