İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şərurlu İsfəndiyar" nazir olsaydı, bir çox nazirlərdən yaxşı işləyərdi”- Dosent iş adamının tərəfini tutdu

“Əgər insan mükəmməl iş mexanizmi qura bilibsə, stabil pul qazanırsa,  savadlı adamlara dəyər verib ətrafına yığırsa, deməli, o, düzgün düşünə bilir, ağıllıdır. Yəni oxumadan bu ağıla sahib olub”.

Musavat.com xəbər verir ki, bu fikirləri dosent İlham Əhmədov iş adamı İsfəndiyar Şərurlunun son günlər müzakirələrə səbəb olan açıqlaması ilə bağlı şərh verərkən deyib. O əlavə edib ki, həyatda təhsilsiz olub, ağlı və təcrübəsi  hesabına ayağa qalxan insanlar çox olub: “Misal üçün, keçən əsrin əvvəlində Bakının neft milyonerləri kimi. Məncə, belə adam nazir olsaydı, təhsili olmasa da, ingilis dilini bilməsə də,  indiki bir çox nazirlərdən daha yaxşı işləyərdi.  Çünki zəngin həyat təcrübəsi  var, savadsızlığını anlayır və bu boşluğu doldurmaq  üçün savadlı insanları ətrafına yığır,  onların savadından və ağlından istifadə edir, təki işi yaxşı getsin. 

Bu tikinti maqnatı  əgər nazir olardısa, onda həmin qurumda 1 savadsız,  500  savadlı  və təcrübəli insan olardı, işlər də o sahədə  çox  yaxşı gedərdi. Təhsilsiz  olduğu üçün özünə “çoban” desə  də, bu adam çoban deyil.  Alimlərin qədrini bilib, ətrafına alimləri yığırsa (zər qədrini zərgər bilər), deməli o, ağıllıdır, nə olsun ki, oxumayıb,  ağlı, zəkası var. Amma  elələri də var  ki,  ətrafına  özü kimi  "savadlıları" yığıb, nə bilgisi, nə təcrübəsi var.  Hər iki halda taylı tayını tapır”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR