İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sertifikatlaşmadan keçməyən müəllimlər işini itirməyəcək" - Nazir

Müəllimlərin sertifikatlaşdırılması hazırda işləyən müəllimlərin peşəkarlığının müəyyən edilməsi, onların peşəkarlığının qorunub saxlanılmasına xidmət edir.

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu il setifikatlaşmadan keçməyən müəllimlər işini itirməyəcək:

"Biz müəllimlərin narahatlığını başa düşürük. Lakin müəllimləri həvəsləndirmək üçün sertifikasiyadan keçən müəllimlərin əmək haqqında 10 faiz artım olunacaq. Eyni zamanda, setifikatlaşmadan yüksək nəticə ilə keçən müəllimlərin əmək haqqına 35 faiz artım olunacaq".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR