Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur.
Musavat.com bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Bununla belə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.
Həmçinin axşam saatlarında Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-a, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-a qədər bütün reyslər qrafik üzrə həyata keçiriləcək.
"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - deyə ADY bəyan edib.
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ