İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişin gəmisində Şok hadisə- 800 nəfərdə koronavirus aşkarlandı  

 

 

Dünyada koronavirusa yoluxma hallarının kəskin azaldığı bir zamanda qəribə hadisə baş verib. Sərnişin gəmisində 800 nəfərin testi pozitiv çıxıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, gəminin məxsus olduğu “Carnival Australia” şirkətindən verilən açıqlamaya görə 4600 sərnişin və ekipajla Yeni Zelandiyadan 12 günlük səyahətdən qayıdan “Majestic Princess” gəmisindəki sərnişinlərin təxminən 20 faizində Covid-19 simptomları aşkar edilib. Bu, Avstraliyanın Sidney limanında yoxlama zamanı müəyyən olub.

Həmin sərnişinlər gəmidə dərhal izolyasiya olunub və xüsusi kabinetlərdə saxlanılıb.

Daşıma şirkətinin direktoru Marguerite Fitzgerald verdiyi açıqlamada bildirib ki, yoluxan sərnişinlər xəstəliyi yüngül keçirib.

Avstraliyanın dövlət orqanları testi pozitiv çıxan sərnişinlərə gəmi limana yaxınlaşdıqdan sonra enməyə icazə verib. Yoluxanlar ayrı qapıdan endirilib və onlardan ictimai nəqliyyatdan istifadə etməmək xahiş olunub. Avstraliyada koronavirusa yoluxanların karantin rejimində saxlanılması qaydası aradan qaldırılsa da, gəmidə yoluxanlardan 5 gün küçəyə çıxmamaq xahiş edilib.

Sidneydə tibb mütəxəssisləri hesab edirlər ki, həmin şəxslərin küçələrdə gəzməsi yoluxmanın kəskin artmasına səbəb ola bilər.  

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR