İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sərkisyanın mühafizə rəisi onun əleyhinə ifadə verdi

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın keçmiş təhlükəsizlik rəhbəri Vaçaqan Qazaryan istintaqda keçmiş şefinin əleyhinə ifadə verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “factor.am” saytı məlumat yayıb.

Qeyd etmək lazımdır ki, istintaq Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılır.

İstintaqın gedişində Sərkisyanla Qazaryan arasında üzləşdirmə olub. Üzləşdirmə ifadələrində əhəmiyyətli ziddiyyətlər olan, əvvəllər dindirilmiş şəxslərin eyni vaxtda dindirilməsidir. Yəni əslində işdə Serj Sarkisyan da ifadə verib.

Mənbənin sözlərinə görə, Kazaryan digər yüksək rütbəli məmurlarla da üzləşib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR