Onlayn ictimai-siyasi qəzet
Məşhur türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb.
Musavat.com xəbər verir ki, bu haqda “Haber Global” məlumat yayıb.
Jurnalistin saxlanılması ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən verilən açıqlamada deyilir:
“YouTube” sosial media kanalında 20.06.2025-ci il tarixli yayımda prezident Rəcəb Tayyib Ərdoğana qarşı hədə yönümlü, təhdid xarakterli ifadələr işlətdiyi üçün Fatih Altaylı barəsində istintaqa başlanılıb”.
Məlumata görə, Fatih Altaylı barəsində davam edən istintaq çərçivəsində prokurorluğun göstərişi ilə saxlanılıb.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ