Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Ordusunun (CAXAL) sözçüsü, briqada generalı Efi Dafrin mətbuata açıqlamasında bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinin dərinliklərində yerləşən üç ədəd F-14 qırıcısına və əsas raket infrastruktur obyektlərinə zərbələr endirib.
Musavat.com xəbər verir ki, Generalın sözlərinə görə, bu zərbələrin məqsədi İranın strateji hərbi potensialını bərpa etmək imkanlarını məhdudlaşdırmaqdır. Bununla yanaşı, İsrail ordusu İranın artilleriya sistemlərinə qarşı hücumları da gücləndirib.
“Onların qalan raket buraxılış imkanları əməliyyatın əvvəlindəki ilə müqayisə edilə bilməz”, – deyə Dafrin qeyd edib. O, əlavə edib ki, son bir həftə ərzində İsrail ərazisinə 1000-dən çox PUA (pilotsuz uçuş aparatı) buraxılıb və Hərbi Hava Qüvvələri təkcə müdafiə xarakterli deyil, həm də İranın dəniz donanmasına məxsus pilotsuz aparatların komanda mərkəzlərini hədəfə alaraq hücum əməliyyatları həyata keçirir.
@@TVmusavat/118820@@
Musavat.com
22 Iyun 2025
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ