İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda erməni icması ilə görüşündə Türkiyənin “Turan” ideyasına münasibət bildirərək, erməni cəmiyyətində bu məsələyə yanaşmanı tənqid edib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

“Ermənilərin panikaya düşməsini başa düşmürəm. Türkiyənin məqsədi ‘Turan’dır, bəs nə olsun? Onlar Ermənistan ərazisindən keçmək istəyirlərsə, qoy keçsinlər."Bu, pis bir şeydirmi? Biz özümüz ‘Sülh çarpazı’ layihəsi ilə bunu təklif edirik. Deyirlər ki, şimala, cənuba, qərbə və şərqə getmək istəyirik. Biz də cavab veririk: gedin. XXI əsrdə sərhədləri bağlı olan ölkə təsəvvür edə bilirsiniz?”, – deyə Paşinyan vurğulayıb.

Videonu təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR