İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrondan İrana gözlənilməz DƏSTƏK

İran prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, telefon söhbəti zamanı Pezeşkian bildirib ki, İran dialoqa hazırdır, lakin təcavüz davam edəcəyi təqdirdə, ölkəsinin cavabı daha dağıdıcı olacaq.

“Biz dinc nüvə fəaliyyətləri sahəsində etimadı gücləndirmək üçün dialoqa və əməkdaşlığa hazırıq, lakin nüvə fəaliyyətlərinin sıfıra endirilməsini qəti şəkildə qəbul etmirik”, – deyə İran prezidenti vurğulayıb.

Fransa prezidenti Makron isə öz növbəsində Pezeşkiana bildirib ki, Paris İrana qarşı zərbələrin əleyhinədir.

“Fransanın bütün səyləri hərbi münaqişələrin dayandırılmasına və gərginliyin azaldılmasına yönəlib”, – deyə Makron əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR