İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyanın cinayət işində prokuror əvəzləndi

Ermənistanın keçmiş prezidenti Seerj Sərkisyana qarşı başladılan cinayət işi ilə bağlı dəyişiklik baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu gün, iyunun 8-də İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsində hakim Vahe Misakyanın sədrliyi ilə Serj Sərkisyanın işi üzrə yeni məhkəmə iclası keçirilib.

İclasda əvvəlki prokuror Arsen Martirosyan tutduğu vəzifədən azad edilib, onun yerinə prokuror Edqar Arsenyan məhkəməyə gəlib.

Yeni prokuror iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti prosesin iyulun 7-də baş tutması gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR