İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sərhədə Türkiyə və Pakistan müşahidəçilərini yerləşdirməliyik”- partiya sədrindən təklif

“Delimitasiya və demarkasiya həyata keçirilmədiyinə görə Azərbaycanla Ermənistan arasında şərti sərhəddən danışmaq olar. Bu şərti sərhəddən Ermənistan tərəfdə müxtəlif müşahidə, nəzarət, əslində hərbi missiyaların yerləşdirilməsinə onların erməni maraqlarına xidmət etmək istəyi kimi baxmalı deyilik”.

Musavat.com-un məlumatına görə, bu fikirlər Azad Vətən Partiyasının sədri Akif Nağıya məxsusdur. Partiya rəhbəri hesab edir ki, şərti sərhəddə yerləşmək təşəbbüsündə olan Avropa İttifaqı, ATƏT, KTMT əslində regionda öz maraqlarını, daha doğrusu, həmin qurumlarda dominat mövqeyi olan dövlətlərin maraqlarını təmin etməyə, təsir imkanları qazanmağa və ya saxlamağa çalışır: “Ermənistan isə həmin qurumların sözügedən təşəbbüslərndən yararlamğa cəhd edir. Ona görə də, biz bu amili nəzərə almalı, onların bu təşəbbüslərindən öz maraqlarımız üçün istifadə etməliyik. Bunun müxtəlif yolları var, diplomatiyamız bu yöndə çalışmalıdır. Bir prosesin qarşısını almaq mümkün olmursa, ondan yararlanmağı bacarmalıyıq. Necə deyərlər “bizə mane olanı köməkçimizə çevirməliyik”. Konfrantasiyaya getmək işimizə yaramaz, çevik hərəkət etməli, ziyanımıza olan hər şeyi xeyrimizə çevirməliyik. Digər tərəfdən, Qərbin və Rusiyanın bizə qarşı başlatdığı prosesə uyğun qarşılıqlı addımlar atmalıyıq”.

A.Nağı konkret təklif səsləndirdi: “Məsələn, şərti sərhəddin Azərbaycan tərəfinə Türkiyə və Pakistan missiya və ya müşahidəçilərini yerləşdirməliyik. Eyni zamanda Türk Dövlətləri Təşkilatının hərbi qüvvələtinin formalaşdırılmasını sürəyləndirməliyik ki, əks qüvvələrin bu cür təşəbbüslərinə dərhal adekvat cavablar verə bilək”.

Elşad,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR