Onlayn ictimai-siyasi qəzet
44 günlük müharibədə iştirak etmiş iki erməni hərbçinin Laçındakı postdan keçib Qarabağdan çıxmasına icazə verilməyib. Bu barədə ermənilərin “Hraparak” qəzeti məlumat yayıb. “Azərbaycan hərbçiləri bildiriblər ki, həmin şəxslər müvafiq qanunvericilik hazırlandıqdan, məhkəmə prosesləri və ya istintaq başa çatdıqdan sonra Qarabağdan çıxa bilərlər”, – nəşr yazıb.
Ermənilərin məlumatına görə, azərbaycanlı sərhədçilərdə erməni generallar, komandirlər və döyüşçülər daxil olmaqla, 500 nəfərin yer aldığı “qara siyahı” var.
Qeyd edək ki, rəsmi Bakı Qarabağdakı qanunsuz silahlı birləşmələrin təslim olacağı təqdirdə amnistiya müzakirəsinin mümkünlüyünü açıqlayıb. Qarabağdakı əməliyyatlarda iştirak etmiş erməni silahlıları hazırkı vəziyyətdə terrorçudurlar.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”verilişində izləyə bilərsiz. Qonağımız ReAL Partiyasının icra katibi Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/channel/UCtvU8QAYnxFG
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ