Onlayn ictimai-siyasi qəzet
Ukrayna rəhbərliyindən 9 May Qələbə Günü ərəfəsində Moskvaya qarşı açıq mesaj gəlib.
Musavat.com xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial şəbəkədə Zelenskinin, döyüş dronlarının və yanan Qırmızı Meydanın təsvir olunduğu şəkil paylaşıb.
Paylaşımda məşhur sovet mahnısından – “Qələbə günü” – götürülmüş bu sözlər yazılıb: “Bu günü bacardığımız qədər yaxınlaşdırdıq”.
Ekspertlər bunu Ukraynanın Moskvaya və ya simvolik olaraq Kremlə yönələn mümkün hücumunun mesajı kimi qiymətləndirirlər. Rəsmi Kreml hələlik bu paylaşıma münasibət bildirməyib.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ