İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın əsas aeroportu fəaliyyətini dayandırdı - 13 Ukrayna dronu vuruldu  

Rusiyanın əsas aeroportu Vnukovo müvəqqəti olaraq uçuşların qəbulu və göndərilməsini dayandırıb.

Musavat.com xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Vnukovo müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir. Sonuncu dəfə hava limanında bu cür tədbirlər aprelin 9-da axşam saatlarında tətbiq edilib və Müdafiə Nazirliyi daha sonra paytaxt rayonu üzərində pilotsuz uçan aparatın vurulması barədə məlumat yayıb.

Paytaxtın Vnukovo hava limanında mülki təyyarələrin uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib, Rosaviatsiya nümayəndəsi Artem Korenyako bildirib.
Tədbirlər “mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün” Moskva vaxtı ilə saat 9:06-dan etibarən qüvvədədir.

Analoji tədbirlər Kaluqa hava limanında da həyata keçirilib. Aprelin 10-na keçən gecə hər iki hava limanında məhdudiyyətlər aradan qaldırılıb. Müdafiə Nazirliyi bildirib ki, həmin gecə Rusiya səmasında 42 pilotsuz uçuş aparatı, o cümlədən 12-si Kaluqa vilayəti, biri isə paytaxt regionu üzərində vurulub. Mayın 4-nə keçən gecə Rusiya səmasında 13 pilotsuz uçuş aparatı vurulub, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Pilotsuz uçan aparatların 11-i Rostov vilayətində, daha 2-si isə Belqorod və Bryansk vilayətləri üzərində məhv edilib. Sonuncunun qubernatoru Aleksandr Boqomaz bildirib ki, itki və dağıntı yoxdur.

Rostov vilayətinin rəhbəri Yuri Slyusar pilotsuz təyyarələrin Kamensk-Şaxtinskidə vurulmasına aydınlıq gətirib. Onun sözlərinə görə, tələfat və dağıntı yoxdur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR