İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Ukraynada qələbə üçün nüvə silahına ehtiyac yoxdur, barışıq isə qaçılmazdır"

Rusiya Prezidenti Vladimir Putin “Rossiya. Kreml. Putin” adlı sənədli film üçün verdiyi geniş müsahibədə nüvə silahından istifadəyə dair diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Putin hazırda Ukraynada davam edən “xüsusi hərbi əməliyyatda” (XHƏ) qalib gəlmək üçün Rusiyanın nüvə silahına ehtiyacı olmadığını bildirib.

“Ümid edirəm ki, buna ehtiyac olmayacaq. 2022-ci ildə başladığımız işi Rusiyanın maraqlarına uyğun şəkildə və kifayət qədər qüvvə ilə sona çatdırmaq imkanımız var,” – deyə Putin vurğulayıb.

Müsahibədə o, həmçinin Ukrayna ilə Rusiyanın barışmasının zaman məsələsi olduğunu deyib: “Sülh gec-tez olacaq, bu, labüddür.”

Putin şəxsi hissləri barədə də danışıb və “vaxtilə Allahla danışmaq üçün diz çökdüyünü” etiraf edib. O, “Nord-Ost” teatr faciəsi zamanı ilk dəfə Kremlin mənzilindəki şəxsi ibadət otağında dua etdiyini bildirib.

Rusiya lideri 25 illik hakimiyyətə baxmayaraq, “xalqla eyni hava ilə nəfəs aldığını” və özünü “taleləri həll edən biri” kimi görmədiyini söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR