İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə yenidən Netanyahuya “hava qapısını” bağladı – "Qəzzadakı siyasət soyqırımdır”


İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri yenidən baş tutmayıb.

Musavat.com xəbər verir ki, Türkiyə rəsmiləri onun təyyarəsinin hava məkanından keçməsinə icazə verilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Administrasiyası yanında fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirib ki, Netanyahuya Türkiyə hava məkanının açıldığı barədə iddialar reallığı əks etdirmir.

Qurumun açıqlamasında xatırladılıb ki, Ankara hələ əvvəlki aylarda İsrailin Qəzzada apardığı hərbi əməliyyatları “soyqırım” kimi qiymətləndirərək İsrail təyyarələri üçün hava məkanını bağlayıb və bu qərar hələ də qüvvədədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR