Onlayn ictimai-siyasi qəzet
Yasamal rayonunda, “Nizami” metrostansiyasının qarşısında mopedlə qadını vuraraq ölümünə səbəb olan Faiqin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, 2006-cı il təvəllüdlü Faiq Qurbanəli oğlu Əlirzayev idarə etdiyi “Tufan” markalı mopedlə Rəna Quliyevanı vurub. Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.
Faiq məsuliyyətə cəlb edilib. Dindirilən zaman əməlindən peşman olduğunu deyən Faiq bildirib ki, mərhumun ailəsi ilə barışıb.
Hadisə ötən ilin yay ayında baş verib. Faiq Türkiyənin Tokat şəhərində təhsil alırmış. O, yay tətili üçün Bakıya gələndə moped alaraq kuryerlik etməyi planlaşdırıb. Faiq mopedi Türkiyədə birlikdə təhsil aldığı Əliağa adlı dostu ilə alıb. Mopedi əsasən Əliağa idarə edirmiş.
Faiq son olaraq “Şaurma nömrə 1”də işə düzəlibmiş. Hadisə günü mopedlə həmin istiqamətə gedirmiş. Mopeddə Əliağa da əyləşibmiş. Qəza zamanı Əliağanın baş geyimi olub. Faiqdə baş geyimi olmadığı üçün xəsarət alıb.
Mərhumun bacısı hüquqi varis kimi tanınıb. Onun ifadəsindən məlum olub ki, bacısının evə gəlmədiyindən xəbər tutan kimi polisə xəbər veriblər. Bacısının evinə gedərək qapısını sındırıblar. Lakin onun evdə olmadığını görüblər. Onlar bacısının ölümündən 4 gün sonra xəbər tutublar.
Məhkəmə Faiq barəsində 1 il cəza təyin edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İ.Muradov
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ