İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrov Abdullahianla danışıb

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Musavat.com-un APA-ya istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Fars körfəzindəki mövcud vəziyyətə xüsusi diqqət yetirməklə aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

"Yaxın Şərq dövlətlərinin maraqları nəzərə alınmaqla, burada mövcud olan bütün ziddiyyətlərin siyasi və diplomatik yollarla aradan qaldırılması lehinə Moskva və Tehranın mövqelərinin ümumiliyi təsdiqlənib. Rusiya və İran XİN başçıları Cənubi Qafqazda vəziyyətin inkişafı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə də toxunublar", - məlumatda qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR