Onlayn ictimai-siyasi qəzet
Rusiyalı məşhur aktyor Sergey Bezrukov Bakıya gəlib.
Musavat.com xəbər verir ki, o, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında görüş keçirib.
Bu haqda aktyor Murad İsmayıl sosial şəbəkədə məlumat yayıb.
Murad birlikdə çəkilən fotolarını izləyiciləri ilə bölüşərək bunları yazıb:
"Uşaqlıqdan bəri sevərək izlədiyim teatr və kino aktyoru Sergey Bezrukov".
Qeyd edək ki, Murad İsmayıl Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorudur.
Könül,
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ