Onlayn ictimai-siyasi qəzet
erbiyadakı etirazların təşkilatçısı Trampın əleyhdarı olan “dərin dövlət” və Avropanın bir neçə xüsusi xidmət orqanıdır.
Bu barədə Serbiyanın baş nazir müavini Aleksandar Vulin TASS-a şərhində bildirib.
“Serbiyada rəngli inqilabı Prezident Trampın sülh təşəbbüslərini pozmağa çalışan ABŞ-nin “dərin dövləti”, habelə bir neçə Avropa kəşfiyyat xidməti təşkil edib”, – Serbiya hökumətinin sədr müavini iddia edib.
Vulinin fikrincə, bu qüvvələrin məqsədi Serbiyanı dağıtmaqdır.
“Onlar ölkədə iqtidara Qərbin bütün tələblərini, o cümlədən Rusiyaya sanksiyaların tətbiqini yerinə yetirəcək siyasətçiləri gətirmək niyyətindədirlər”, –baş nazir müavini vurğulayıb.
Qeyd edək ki, “dərin dövlət” (derin devlet) termini Türkiyədə hərbi, xüsusi xidmət orqanları və mafiya ilə əlaqəli hakimiyyət daxilindəki kölgə strukturlarını təsvir etmək üçün istifadə edilir. Sonradan bu konsepsiya ABŞ-də populyarlıq qazanıb, Donald Tramp bu terminə bürokratik aparatı onun siyasətini sabotaj etməkdə günahlandırmaq üçün müraciət edir. Reallıqda belə nəzəriyyələr hakimiyyət mexanizmlərinin real izahından daha çox siyasi mübarizə və manipulyasiya aləti kimi xidmət edir.\\report.az
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ