Onlayn ictimai-siyasi qəzet
Serbiyada Novi Saddakı dəmiryol vağzalının dağılıb çökməsinə etiraz edən serblər hökumət binaları və Serbiya Xarici İşlər Nazirliyinin qarşısındakı küçələrdə nəqliyyatın hərəkətini bağlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Tələbələrin Serbiya hökumətinin ofisinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin binalarının, habelə xarici ölkələrin səfirliklərinin və müxtəlif dövlət qurumlarının yerləşdiyi ən böyük küçələr Nemanina və Knez Milos küçələrinin kəsişməsinə toplaşdıqları bildirilir.
Kütləvi aksiyanın təşkilatçıları faciə qurbanlarının xatirəsini 15 dəqiqəlik sükutla yad edəcəklərini, daha sonra isə dövlət prokuroru Zaqorka Dolovaça hadisənin araşdırılmasını tələb edən məktub göndərəcəklərini bildiriblər.
Bundan əvvəl etirazçılar mitinqdən Avropa İttifaqının (Aİ) bayraqları olan insanları təqib ediblər. Fəallar onların təxribat törətmək istəmələrindən şübhələniblər.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ