İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya ilə Türkiyə arasında 11 sənəd İMZALANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiyaya səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 11 əməkdaşlıq müqaviləsi imzalanıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç Rəcəb Tayyib Ərdoğanla görüşdə Türkiyənin Balkan regionunda ən böyük gücə və rola malik ölkə olduğunu bildirib. Həmçinin Türkiyənin regionda sülhün və sabitliyin təmin edilməsində əsas rol oynadığını vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan isə ölkəsinin Serbiya ilə münasibətlərdə qızıl dövrünü yaşadığını qeyd edib.

Prezidentlər iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığının perspektivlərini də nəzərdən keçiriblər.//AZƏRTAC

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR