Onlayn ictimai-siyasi qəzet
Londonda ABŞ, Avropa ölkələri və Ukrayna arasında planlaşdırılan danışıqlarda təmsilçilik səviyyəsinin enməsi Moskvanın da diqqətindən yayınmayıb.
Musavat.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov London danışıqları ilə bağlı mövcud durumu şərh edib. Onun sözlərinə görə, bəzi məsələlər üzrə tərəflər arasında hələ də ortaq mövqe formalaşmayıb: “Nə qədər başa düşürüksə, bir sıra məsələlər üzrə hələ də mövqeləri yaxınlaşdırmaq mümkün olmayıb".
Peskov əlavə edib ki, Rusiya ABŞ-la Ukrayna məsələsi üzrə əlaqələri davam etdirir. ABŞ-ın xüsusi nümayəndəsi Uitkoffun Moskvaya yeni səfəri ilə bağlı konkret planların olmadığı bildirilsə də, vəziyyətin daim dəyişdiyi və proseslərin hərəkətdə olduğu qeyd olunub.
Kreml sözçüsü bildirib ki, Ukraynada sülhə nail olmaq üçün çoxsaylı nüanslar mövcuddur və bu sahədə işlər davam edir. ABŞ-ın vasitəçilik cəhdlərini Moskva müsbət qiymətləndirir.
Peskov ABŞ rəsmisi Vensin danışıqlardan çıxmaq ehtimalı ilə bağlı sözlərini Vaşinqtonun ultimatumu kimi görmədiklərini də vurğulayıb.
Sonda Peskov Rusiyanın hələ də Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsinə qarşı olduğunu bir daha bəyan edib.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ