İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar sülhməramlı geyimində - Azərbaycana qarşı ilginc təxribat

Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi bölgəmizdə qanunsuzluqlar baş alıb gedir; ekspertlər təhlükə haqda xəbərdarlıq edirlər: “2025-dək...”

Azərbaycanın ekoloqlardan ibarət nümayəndə heyətinin jurnalistlərlə birgə Qarabağda Rusiya sülhməramlı qüvvələrin müvəqqəti nəzarətində olan ərazimizə keçidi zamanı bir sıra maraqlı məqamlar qeydə alınıb. Onlardan biri haqda hərbi ekspert Ədalət Verdiyev danışıb.

Onun sözlərinə görə, rus sülhməramsızlarının nəzarət-buraxılış məntəqəsində Azərbaycan jurnalistlərini buraxmayan və “idite obratno” (“geri qayıdın”) deyən hərbi geyimli şəxs böyük ehtimalla ermənidir.

“Onun üzünü gizlətməsi üçün maskadan istifadə etməsi də bu ehtimalı gücləndirir”, - Verdiyev bildirib.

Ekspert hərbçinin geyim formasını və nişanları əsas gətirib: “Həmin hərbçinin geyim forması və fərqlənmə nişanları da rus kontingentinin geyim forması və fərqlənmə nişanlarından fərqlənir. Hesab edirəm ki, bu və digər təxribatçı fəaliyyətlərin hesabı erməni məramlı general Volkovdan mütləq və ən qısa zamanda soruşulmalıdır”.

Hərbi ekspertin haqında danışdığı olay bir sualı aktuallaşdırır: Rusiya sülhməramlılarının sırasında erməni xidmət keçə, ya başqa adla forma geyə bilərmi? Axı onların xisləti bəllidir. Məsələn, elə bir təxribat törədə bilərlər ki, Azərbaycanla Rusiya arasında problem yaranar. Hətta Rusiya vətəndaşı olsa belə, etnik erməninin sülh kontingentinin tərkibində xidmət keçməsi nə dərəcədə doğrudur?

Yada salaq ki, vaxtilə Xankəndində dislokasiya olunmuş, torpaqlarınızın işğalında iştirakçı olmuş Rusiyanın 366-cı alayının xidmət edən əsgər-zabit heyətinin böyük hissəsi ermənilərdən ibarət olub. Adı rusun olsa da, alayın hərbi texnikası faktiki ermənilərin sərəncamında idi. Təsadüfi deyil ki, Xocalı hərbi caniləri arasında həmin alayın xeyli sayda hərbçisi də var.

Pelosi gedir, yerinə Pelosi-2 gəlir? - Ermənilərin ABŞ sarıdan  arxayınçılığının səbəbi

 Şəhla Cəlilzadə 

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu istiqamətdə “Yeni Müsavat”da çox vacib məqamlara aydınlıq gətirdi.

Onun sözlərinə görə, rus sülhməramlılarının yerləşdiyi bölgəmizdə qanunsuzluqlar baş alıb gedir: “10 noyabr bəyannaməsinin 4-cü maddəsinə görə, Qarabağa rus sülhməramlılarının yerləşməsi buradakı erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel  şəkildə baş tutmalı idi. Lakin biz ötən 2 il ərzində nəinki ermənilərin silahlı qüvvələrinin bölgəmizdən çıxarılmadığını, əksinə, rusların nəzarəti və dəstəyi ilə daha artıq silahlandırıldığını, Laçın dəhlizinin isə qeyri-qanuni silah, mina və s. daşınması üçün istifadə olunduğunu gördük. Həmin bəyannamənin 3-cü maddəsinə görə sülhməramlı kontingentin tərkibi 1960 nəfərdən ibarət olmalı idi, lakin ötən dövr ərzində Rusiya Federasiyasının müxtəlif qurumlarından (Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s. əməkdaşları) bölgəyə axışan rusları nəzərə alsaq, onların say tərkibi 7-8 min nəfərə çatır. Həmçinin İran agentlərini, fransız deputatlarını və bir çox digər ölkə nümayəndələrini ölkəmizin ərazisinə buraxan rus sülhməramlılarının Azərbaycan jurnalistini - sivil şəxsi öz ölkəsinin ərazisinə buraxmaması onların qanunsuz davranışlarının ən pik həddi idi.

Jurnalistimizin orada olduğu qısa zaman müddətində əldə etdiyimiz görüntülər əsasındakı müşahidələr qanunsuzluqların bununla bitmədiyini göstərir. Orada jurnalistimiz “Gürcüstan nömrə nişanlı avtomobilin Qarabağda nə işi var” deyə bir sual verir, həmçinin jurnalistimizin irəliləməsinə mane olan “sülhməramlının” danışıq aksentindən rus olmadığı, fərqli geyim formasını və nişanlarını daşıdığı üçün bizdə onun kontingentin tərkibinə yad ünsür, böyük ehtimalla erməni silahlı birləşmələrinin üzvlərindən olması qənaətini hasil edir. Rusiya ordusu, o cümlədən sülhməramlı kontingentinin tərkibində qeyri-rus, o cümlədən erməni mənşəli hərbçilərin olması Rusiyanın etnik palitrasının rəngarəngliyi nəzərə alınaraq normal qarşılana bilər. Lakin bu kontingentin fəaliyyət məntəqəsində qeyri-qanuni erməni silahlı qruplaşmasının üzvünün iştirakı qəbuledilməzdir. Ümumiyyətlə, bu kontingentin heç bir işə yaramadığını, ən son hadisələrdən də göründüyü kimi, sülhməramlıların yerləşdiyi bölgədən erməni silahlılarının ölkəmizin müxtəlif rayonlarına (Füzuli, Ağdam, Kəlbəcərə və s.) atəş açması, toqquşmaların qarşısının alınmasında onların bacarıqsızlığı və erməniyönümlü müti səssizliyi də bir çox mətləblərdən xəbər verir.

Təbii ki, 1992-ci ilin Xocalı faciəsində keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının erməni üzvləri ilə yanaşı, bu hadisədə iştirak edən rusların olması faktını da heç kəs, ən əsası tarix unutmayıb. Bütün bunları nəzərə alaraq Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Müdafiə Nazirliyinə nota verilərək, sülhməramlıların fəaliyyətindən rəsmi narazılıq ifadə olunmalı və onların ölkəmizdə mövcudluğunun uzadılmasının qarşısı alınmalıdır".

Ekspert xəbərdaredici açıqlamalar da verdi: “Ermənistanla Azərbaycanın bu ilin sonu, yaxud növbəti il üçün imzalaması gözlənilən sülh müqaviləsindən sonra bölgədə rus sülhməramlılarına ehtiyac qalmayacaq və onların fəaliyyət müddətinin uzadılmayacağından ehtiyat edən erməni tərəfi israrla rus sülhməramlılarının əvəzinə beynəlxalq sülhməramlı qüvvəni ölkə ərazimizə yeritməyə çalışır. Lakin bu da qətiyyən yolverilməzdir. Postmünaqişə və sülh quruculuğu dönəmində Azərbaycan bölgədə daxili təhlükəsizliyi təmin etməyə özü qaranti verərək, nəzarət funksiyasını Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə tapşıra bilər”.

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı rus sülməramlılarının tərkibində ermənilərin olmasını istisna etmir: “Azərbaycanlı jurnalistin qarşısını alan ”sülhməramlı"nın erməni olması, ümumiyyətlə sülhməramlı kontingentin tərkibində erməni hərbçilərin də iştirakı istisna deyil. Bu, təbii ki, razılaşmalara da, sülhməramlı kontingentin missiyasına da ziddir. Amma mümkündür ki, sülhməramlılar mövcud vəziyyətdə “xidmət”i təşkil etmək üçün erməniləri də cəlb etsin. Çünki Ukraynada müharibə başlayandan sonra canlı qüvvə çatışmazlığını təmin etmək məqsədilə sülhməramlıların bir qisminin aparıldığı məlumatları var idi. Məlumatlar o yöndə idi ki, Rusiya Gümrüdəki hərbi bazadan hərbçiləri müharibəyə cəlb edib, onların yerini doldurmaq üçün Qarabağdakı hərbçilərin bir qismini çıxarıb. Ukrayna döyüşlərində Rusiyanın canlı qüvvə itkisinin sayı da bu məlumatda doğruluq payını artırır.

Bu baxımdan, çıxarılan sülhməramlı hərbçilərin yerinə erməni hərbçilərin cəlb edilməsi mümkündür. Sülhməramlı kontingent işini təhlükəsizliyin təmin edilməsi yox, birbaşa erməni maraqlarının qorunması istiqamətində qurub. Bu baxımdan, erməni hərbçilərin hansısa təxribat törətməsinə ehtiyac yoxdur. Rusiyanın özü lazım olan təxribatları onların əli ilə törədə bilər".

Ilk qonorar sevincini muellimim Resad Mecid yasadib” - Gənc jurnalist Kənan  Novruzovla müsahibə

Kənan Novruzov

Öz növbəsində Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov sülhməramlıların müddəti bitən kimi Qarabağdan çıxarılacaqlarından ümidlidir: “Məlum videoda jurnalistlərimizə qarşı kobud davranan hərbçilərin arasında ermənilərin olması istisna deyil. Ermənistanda Rusiyanın hərbi bazasının olması faktı bu ehtimalı bir az da artırır. Əlbəttə, məsələ aydınlaşdırılmalıdır. Düşünürəm ki, Ədalət müəllimin dediklərində müəyyən həqiqət payı var.

Amma sülhməramlıların arasında ermənilərin olmasına dair daha tutarlı faktlar aşkarlanmalı və həmin məlumatlar sülhməramlıların komandanlığına, Kremlə təqdim edilməlidir. Məsələ ondan ibarətdir ki, təqdim edilən faktlar iddia səviyyəsində olmamalıdır. Yəni nə ermənilərin, nə də rusların manevr etməyə, Azərbaycanı gərginlik yaratmaqda günahlandırmağa imkanı olmamalıdır. Elə etməliyik ki, haqlıykan haqsız duruma düşməyək.

İkinci tərəfdən, sülhməramlıların mandatlarının başa çatmasına o qədər də çox vaxt qalmayıb. Bu cür pozuntuların əsasında beş il tamam olan kimi rus hərbçilərinin torpaqlarımızdan çıxmasını tələb və təmin etməliyik. Nəzərə almaq lazımdır ki, sülhməramlıların fəaliyyətinə dair əvvəllər də pozuntular qeydə alınıb. Belə olan halda onların mandatlarının uzadılmasından söhbət gedə bilməz".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR