İnsanlara hürriyət, millətlərə istiqlal!

Sentyabr döyüşləri ilə bağlı erməni əsgərə ittiham elan olundu

Ermənistanda sentyabr döyüşləri ilə bağlı istintaq davam edir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, hərbçilərdən biri döyüş postunu icazəsiz tərk etməkdə və xidməti vəzifələrini yerinə yetirməkdən boyun qaçırmaqda ittiham olunur. Səhlənkarlıq faktı ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər arasında çağırışçı əsgərlər də var. “Joqovurd” qəzeti “N” saylı hərbi hissənin hərbçisi Man Muradyana irəli sürüldüyünü yazıb.

Bildirilir ki, Muradyan sentyabrın 13-dən öndəki döyüş mövqelərdən birinə gətirilib. Altı gündən sonra əsgər icazəsiz mövqeyi tərk edib və sentyabrın 21-də bu barədə hərbi polisə məlumat verilib. Nəşr həbs-qətimkan tədbiri barədə məlumat vermir.

 Bundan əvvəl istintaq komitəsinin nümayəndəsi Perç Ayvazyan bildirib ki, cinayət işində ümumilikdə 16 əsgərin adı keçir, onlardan 6-sı həbs edilib. İttihamlar əsasən döyüş zamanı xidməti vəzifələrini yerinə yetirməmək, ondan yayınmaq üçün xidmət yerinə vaxtında gəlməmək, hərbi xidmət qaydalarını pozma ilə bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR