İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASSİYA! İranda "3+3" formatında görüş olacaq- Ermənistan da razılıq verdi- YENİ GƏLİŞMƏ

 

 

Tezliklə İranda “3+3”  formatında XİN başçıları səviyyəsində görüş keçiriləcək.

Bu barədə Musavat.com-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə görüşdə Ermənistan da iştiraka razılıq verib.

Məlumat üçün bildirək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.

Ötən günlərdə  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.

Ancaq Paşinyan bütün bunların fonunda Strasburqa gedib, alqış naminə uydurma nağıllar danışıb, özünü “demokratiya müdafiəçisi” kimi təqdim edir. Gerçəkliyi anlamaq istəmir.

Maraqlısı budur ki, Qərb, Avropa da Paşinyanın bu kimi yalanlarına səssizcə qulaq asırlar. Halbuki Nikol Paşinyanın göstərişi ilə  ikinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra İrəvan küçələrində onun istefasını tələb edən iki mindən çox etirazçı həbs edilib. Bu barədə daha öncəki yazılarımızda faktları verdiyimiz üçün detallara varmırıq.

Ermənistan üçün eyni vaxtda müxtəlif dövlətlərə sığınmaq adi haldır. Gah Fransanın yanında yer alır, gah Rusiyanın maşası olur, gah da Qərbin əlində alətə çevrilir. Ancaq artıq bunların heç biri fayda vermir.

Məlumdur ki, “3+3” formatının  təşəbbüskarı Azərbaycandır.

Ekspertlər bildirirlər ki, indiyədək bu formatda görüşün olmaması Azərbaycanın İranla münasibətlərindəki soyuqluq və gərginliklə bağlı idi. İndi soyuqluq arxada qalıb və artıq görüşün keçirilməsinə heç nə mane olmur.

Ermənistan da bu gerçəyi yaxşı başa düşür. Anlayırlar ki, regionun problemini regionda həll etmək lazımdır. Ermənistanın digər dövlətlərə sığınması, Paşinyanın o stula, bu stula oturması yalnız sonunu tezləşdirə bilər.

Azərbaycan bölgədə sülhdən və beynəlxalq hüquqa əməl olunmasından yanadır və hər zaman bunun üçün çalışıb.

ABŞ və Avropa Azərbaycana qarşı mövqelərini davam etdirəcəklərsə, “3+3” formatı daha da güclənəcək və regional problemlərin həlli regiondadır prinsipi möhkəmlənəcək.

Azərbaycan regionda artıq böyük bir gücdür. Qərbin öz ekspertləri də qeyd edirlər ki, ABŞ və Avropa bugünkü reallığı qəbul etmədən Azərbaycana qarşı qərəzli və riyakar siyasətini davam etdirsə, Qərbin ayağı Cənubi Qafqazdan birdəfəlik kəsiləcək.

Ona görə də Ermənistan da bu reallıqları başa düşməli və öz gələcəyi naminə ora-bura qaçmaq yerinə Azərbaycanla razılığa gəlməlidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR