İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! Rusiya SON SÖZÜNÜ dedi: “Qarabağdan ÇIXMIRIQ!”- Elçin Alıoğlu ilə CANLIda

Rusiya müdafiə naziri Sergey Şoyqu dekabrın 19-da RF Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, Rusiya sülhməramlı qoşunları Qarabağda sülhün əsası və qarantı olmaqda davam edir. "Gələn il Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi qoyulur", - deyə nazir açıqlayıb.


Qarabağda Azərbaycan suverenliyini tam bərpa edib, separatçı rejimi antiterrorla məhv etmişik. Mövcud durum göz önündədir, bütün ərazilər Azərbaycanın tam nəzarətindədir. Faktiki olaraq Qarabağda sülhməramlı kontingentə ehtiyac qalmayıb. Və buarada hansısa qaranta da ehtiyac yoxdur. Buna rəğmən Rusiya ehtiyac olmadığı halda sülhməramlıları Qarabağda saxlamaqda israrlıdır.

Ancaq bunun üçün hansı əsas var? Nə adla qalacaqlar?

Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi də fərqli bir açıqlama yayı. Açıqlamada Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilib. Mümkündür ki, Kreml rusiyalı sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq üçün bu təşəbbüslə çıxış edib.

Maraqlıdır, minatəmizləmə işi xüsusi spesifik sahədir və sülhməramlı kontingent bu iş üzrə ixtisaslı kadrlara malik deyil. O zaman mümkündürmü sülhməramlıları minaaxtaranlar əvəzləsin və onlar bu adla hələ bir neçə il də Qarabağda qalsınlar?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR