İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA: Paşinyanın ən yaxın adamı Rusiya AGENTİ çıxdı - proses BAŞLADI- Elçin Alıoğlu ilə CANLIda

Bəzi məlumatlara görə, bir sıra Qərb ölkələri və strukturları Nikol Paşinyandan daxili işlər naziri Vahe Qazaryanı “rus casusu” hesab edərək, vəzifəsindən azad etməyi tələb edirlər.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məsələ burasındadır ki, son aylarda Ermənistan hökumətinin yüksək rütbəli məmurları KTMT və MDB-nin demək olar ki, bütün tədbirlərini nümayişkaranə şəkildə rədd etdikləri halda, sentyabrda Vahe Qazaryan MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Rəsmi dairələrdəki mənbələr bildiriblər ki, Paşinyan Qərbin bu tələbinə qarşı müqavimət göstərir. Çünki Vahe Qazaryan onun sinif yoldaşıdır və onun etibarından bəhrələnir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində tanınmış jurnalist, siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR