İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sən beşinci kalon deyilsən, elə rusun özüsən...İşğalçının təbliğatını aparma!"- Pənah Hüseynlə Rauf Qurbanovun QALMAQALI

Bu gün TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov arasında fikir ayrılığı yaranıb. Xüsusən Rusiyanın işğalçı siyasəti ilə bağlı məsələdə fikirləri toqquşan tərəflər irəli sürdükləri arqumentlərlə bir-birini haqsız çıxarmağa çalışıblar. O gərgin anlardan kiçik bir dialoq və video versiyanı nəzərinizə çatdırırıq.

R.Qurbanov: Müsavat Partiyası zamanında hakimiyyətə könüllü olaraq communist bolşeviklərə verib. Siz nə deyirsiz? Qansız-qadasız verib həm də. Nə istəyirsiz?

P.Hüseyn: Mən də deyirəm ki, siz burda Rusiya işğalçısının, Rusiya müstəmləkəsinin təbliğatını aparırsız.

R.Qurbanov: Burda rus təbliğatından gedir söhbət?

P.Hüseyn: Çünki bizim xalq 98 faiz səslə, o cümlədən həmin vaxt Kommunist Partiyasında olmuş şəxslər, o cümlədən Heydər Əliyev, o cümlədən Xalq Cəbhəsi, Ayaz Mütəllimov… hamısı bir yerdə bu gün Azərbaycan dövlətinin mövcudluğunun əsas prinsiplərindən biri kimi 28 aprelin işğal kökünü təsbit edib. Referendum keçirib, konstitusiya aktı qəbul edib. Rusiyanı müdafiə edirsə, özü bilər eee…Amma burda Azərbaycan konstitusiyası ilə bağlı məsələlər var.

R.Qurbanov: Rauf Qurbanov Rusiyanı müdafiə etmir, Azərbaycanın mövqeyini müdafiə edir. Mənə beşinci kalon deyirsiz. Beşinci kalon kimə deyilir?

P.Hüseyn: Sən artıq beşinci kalon da deyilsən. Yüzdə yüz onların özüsən…

Mübahisənin daha detallı versiyasını izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR