İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmradan onlarla bağlı qalmaqallı açıqlama - VİDEO

“Miss Azerbaijan – 2019” model Səmra Hüseynova açıqlaması ilə gündəmə gəlib.

Səmra aparıcısı olduğu “Səmranın bir günü” verilişində müğənnilər - Xalq artisti Miri Yusif, Səmra Rəhimli və Sevil və Sevinc Səfərova bacılarından şikayənlənib.

Hüseynova bildirib ki, həmin müğənnilər kliplərinə çəkilmək üçün ona qonorar verməkdən imtina ediblər:

“Klip çəkilməyin adı gələndə müğənnilər bir manat da pul vermək istəmirlər. Sevil və Sevinc bacıları dedilər ki, gəl klipimizə çəkil. Mən də 1000 manat qonorar istədim. İstəmədilər... Səmra da mənə dedi ki, gəl klipimə qarşılıqlı, pulsuz çəkir. Neynirəm? Mən bəs evdə haradan çörək tapım yeyim? Haradan qazanım? Mənim işim modellik etməkdir. Mən başqa cür necə pul qazanım? Xalq artisti Miri Yusif... Onun sənətini çox sevirəm. Anoreksiya idim. Təklif gəldi ki, Miri Yusif səni klipinə çəkmək istəyir. Dedilər ki, iki gün klip çəkilişi olacaq. Dedim ki, anoreksiyayam və müalicəmə pul lazımdır. 1000 manat qonorar istədim, amma razılaşmadılar. 8000 minə toylara gedirlər, amma mənə 1000 manat qonor vermədilər”.   (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR