Onlayn ictimai-siyasi qəzet
Şəmkirdə bıçaqlanma hadisəsi olub.
Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində baş verib.
Kənd sakini, 34 yaşlı E.Heydərov aralarında yaranmış mübahisə zəminində qaynı, 31 yaşlı R.Hüseynlini bıçaqlayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Heydərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ