Onlayn ictimai-siyasi qəzet
Şəmkirdə bir ailənin üç üzvünün bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və qızları, 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Xəsarət alan ər arvad və qızı xəstəxanaya çatdırılıb, vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ