İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə avtomobillər toqquşdu - Yanğın baş verdi

Şəmkirdə yol qəzası baş verib.

Hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Qazel" markalı yük maşını ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Qəzadan sonra avtomobillərdə yanğın baş verib.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR