İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmi trendi PARTLATDI - İlkin Həsəni DANIŞDI: “Elə şərhlər alırdıq ki...” - ÖZƏL

Şəmi obrazının dünya trendinə düşməsi aktyor və teleaparıcı İlkin Həsəni ilə əlaqə saxlamağımıza səbəb yaratdı.

Qeyd edək ki, özbək sənətçi Xamdam Sobirovun İlkin Həsəninin Şəmi obrazında klipə çəkilməsi diqqət çəkib. Onun “Malohat” adlı musiqisi yutubda 160 milyondan çox baxış toplamaqla dünya trendində 49-cu yerdə qərarlaşıb.

“Şəmi niyə sevilir?” sualına cavab tapmaq istədik.

İlkin Həsəni Musavat.com-a açıqlamasında xatırlatdı ki, “Bozbash Pictures” layihəsini 2018-ci ildə dayandırıblar:

“2018-ci ilə qədər Özbəkistan, Türkmənistan və digər türkdilli dövlətlər var idi ki, bəzi sözləri başa düşməsələr də, “Bozbash Pictures”dəki obrazlar onlar üçün çox yaxın idi. Onlar bəzi şərhlər yazırdılar ki, biz başa düşməsək də, sizi izləyirik, bəyənirik. Yutub üzərindən belə şərhlər alırdıq. Bu yaxınlarda mənə dedilər, daha sonra özüm gördüm ki, özbək sənətçi Xamdam Sobirov oxşar bir obraz yaradıb. Bildiyim qədər, klipi milyonlarla izləmə qazanıb. Burada musiqinin də təsiri var. Musiqi də önəmli rol oynayır. Gör-götür dünyasıdır. Baxıb, götürüb və klip çəkib. Bilmirəm, bizim obrazdan da ruhlanıblarmı? Oxşarlıq çoxdur.

Şəmi obrazını təkrarlayanı görməmişəm. Bir neçə il bundan əvvəl Türkmənistanda bir layihə var idi, onlar da Şəmi obrazına oxşar şeylər etmişdilər. Obrazları, xarakterləri oxşatmışdılar”.

“Şəmi obrazına ikinci ruh vermək fikriniz varmı?” sualına İlkin Həsəninin cavabı belə oldu:

“Şəmi obrazına qayıtmaq fikrim yoxdur, amma gələcəkdə hansısa bir layihə olarsa, qısa olaraq niyə də bu obrazdan istifadə etməyək”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR