İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim: “Ata-anamın ölümünə bais olanların Allah qabağına çıxartsın”

Ötən il koronavirus səbəbilə hər iki valideynini itirən sənətçi Səlim Abbasov doğum gününü onların məzarı başında keçirib. Sənətçi bununla bağlı sosial şəbəkədə video paylaşaraq, qeyd edib:

“Ayın 4-ü gecə 12-ni keçən kimi ilk təbrik anam və atamdan gəlirdi. Bu dəfə çox heyif ki, o təbriki görmədim. Allah dünyadan köçən əzizlərimizə rəhmət eləsin. 

Hələ də bilmirəm bu, ildırım sürəti ilə necə baş verdi. Allah bais olanların qabağına çıxartsın. Özümə borc bilib əzizlərimi ziyarət edib, ad günü tortumu onlarla birgə qeyd elədim. Vallah qanadsız quş kimiyəm. Məcbur ayaq üstə qalmışam. Onların yarımçıq qalan arzularını heç olmasa həyata keçirim. Sizi yazıb yormaq istəmirəm. Konsertlərdə və toylarda üzüm gülsə də, içim ağlayır. Allah bizə sağlam ömür nəsib eləsin, yaşayıb-yaradaq. Ata-anamsız 2-ci doğum günüm mübarək”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR