Onlayn ictimai-siyasi qəzet
Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə həkim Tariyel Əhmədovun qıznının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb.
Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb.
Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb.
Həsən Davudov daha sonra özünü güllələyib.
Məlumata görə, onların keçmişdən ədavəti olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ