İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlahəddin Dəmirtaş İstanbuldakı terror aktını PİSLƏDİ - FOTO

Səlahəddin Dəmirtaş İstanbuldakı terror aktını pisləyib.

Konkret.az xəbər verir ki, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş İstiqlal küçəsində törədilən partlayışdan sonra sosial media hesabından açıqlama verib.

“Kimsə hansı məqsədlə və ya bəraət qazandırırsa etsin, mülki əhalini hədəf alan hər hansı hücum hüquqi, siyasi, əxlaqi və vicdan baxımından terrordur. Biz bunu heç vaxt qəbul etmirik”, – deyə Dəmirtaş yazıb.

Sözlərinə davam edən Dəmirtaş, “Mən də İstiqlal küçəsində günahsız mülki insanları açıq şəkildə hədəf alan terror aktını qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara isə şəfalar diləyirəm”, deyərək hadisəni qınayıb.

Xatırladaq ki, İstanbulda saat 16:20 radələrində Taksim İstiqlal küçəsində şiddətli partlayış baş verib. Ölən və yaralananların olduğu hadisə ilə bağlı terror hadisəsini skamyada 40-45 dəqiqə oturan bir qadının törətdiyi bildirilir. O, içərisində bomba olan çantasını skamyada qoyaraq getdiyi vurğulanır.

demirtas-tan-taksim-deki-paylamayla-ilgili-cok-15427059_2067_m.jpg (28 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR