İnsanlara hürriyət, millətlərə istiqlal!

Seksual zorakılığa məruz qalan 14 yaşlı qızla bağlı ŞOK FAKT: Qardaşı...

Bakıda 14 yaşlı qıza qarşı seksual zorakılıq edilib. 

Hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Polisə müraciət edən P.S (Qızın anasının adı şərti verilir) 14 yaşlı qızının iki nəfər oğlan tərəfindən seksual zorakılığa məruz qaldığını bildirib. 

Lent.az hadisə ilə bağlı şok faktlar əldə edib.

İddia olunur ki, 14 yaşlı qıza qarşı seksual zorakılıq edən iki nəfərdən biri onun öz doğma qardaşı olub. Təhlükə ailədən gəldiyi üçün yeniyetmə qız Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Bu barədə Lent.az-ın sorğusunu cavablandıran Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə cinsi zorakılığa məruz qalan yeniyetmə qızın onların sığınacağına yerləşdirildiyini təsdiqləyib:

“Seksual zorakılığa məruz qalan qızın 14 yaşı hələ tamam olmayıb. Azyaşlının psixoloji durumu heç yaxşı deyil. Qız iddia edir ki, qardaşı da ona qarşı seksual hərəkətlər edib. Lakin bütün bunlar iddiadır. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR