İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyinin rəsmi internet portalında “Elektron Resept” linki istifadəyə verilib

Səhiyyə Nazirliyinin rəsmi internet portalında “Elektron Resept” linki istifadəyə verilib

Musavat.com xəər verir ki, Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən “Elektron Resept” sistemi (reseptim.az)ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün “Elektron Resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə “Elektron Resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər.

Eyni zamanda, linkdə yerləşdirilən (https://reseptim.az/login QR kodlar vasitəsi ilə mobil cihazlardan istifadə edərək “Elektron Resept” sisteminə daxil olmaq mümkündür (reseptim.az).

Linkin istifadəyə verilməsində əsas məqsəd “Elektron Resept” sistemi barədə pasiyent və həkimlər arasında məlumatlılığın təmin edilməsi, sistemin istifadəsinin optimallığının artırılması və bu sahədə məmnunluğun təmin edilməsidir.

Sistemin istifadəsi ilə bağlı hər hansı sual yaranarsa Səhiyyə Nazirliyinin Çağrı Mərkəzi ilə (tel: (012) 596 07 12) əlaqə saxlaya bilərsiniz.

2d barcode

 

graphical user interface, application

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR