İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə nazirinin müsabiqə qalibi ilə görüşü baş tutdu

Səhiyyə naziri Teymur Musayev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Ayaz Məmmədov ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüş zamanı Mentorluq proqramının əhəmiyyəti, qaliblərin peşəkar inkişafına verdiyi töhfə və səhiyyə sahəsində müasir idarəetmə perspektivləri müzakirə edilib.

Nazir Ayaz Məmmədovu qalibiyyəti münasibətilə təbrik edərək onun əldə etdiyi uğurun gələcək karyerasında yeni imkanlar açacağına inandığını bildirib.

O, Mentorluq proqramının peşəkar kadrların inkişafına verdiyi töhfəni vurğulayaraq qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

“Yüksəliş” müsabiqəsinin peşəkar rəhbər şəxslərin yetişməsində oynadığı mühüm rolu yüksək qiymətləndirən nazir onların dəstəklənməsinin ölkənin səhiyyə sisteminin davamlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR